Skandinaviya Olimpiya Komitələri, Paralimpiya komitələri və idman konfederasiyaları Rusiya və Belarus idmançılarının gələn il Fransanın paytaxtı Parisdə keçiriləcək Olimpiadadan kənarlaşdırılması üçün çağırış edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Finlandiya, İslandiya, Norveç, İsveç, Danimarka ilə Farer adaları və Qrenlandiya muxtar bölgələri də daxil olmaqla Skandinaviya ölkələri tərəfindən verilən ortaq açıqlamada, “Ukraynada müharibə ilə bağlı vəziyyət dəyişməyib. Ona görə də biz Rusiya və Belarus idmançıları beynəlxalq idman təşkilatlarında iştirak etməməsi ilə bağlı öz mövqeyimizi saxlayırıq” – deyilib.
Manşet.az