Ukrayna Prezidenti Volodimir Zelenski, Ukrayna axtarış-xilasetmə qrupunun axtarış-xilasetmə işlərində iştirak etmək üçün Türkiyəyə yola düşdüyünü bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Zelenski, "Ukraynalı xilasedicilər zəlzələlərdən sonra xilasetmə əməliyyatına dəstək vermək üçün Türkiyəyə gedib. Ümid edirəm ki, mümkün qədər çox insanın həyatını xilas etmək mümkün olacaq” – deyib.
Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada 87 nəfərdən ibarət təcrübəli axtarış-xilasetmə qrupunun Türkiyəyə getdiyi açıqlanıb. Fövqəladə Hallar Dövlət Xidmətinin paylaşımında bildirilir ki, təyyarə və maşınlarla yola çıxan qrupla birlikdə Türkiyəyə təlim keçmiş axtarış itləri və texnikası göndərilib.
Manşet.az