Yunanıstanın baş naziri türkcə paylaşım etdi - FOTO

11:07 - 08 Fevral 2023

Yunanıstanın baş naziri türkcə paylaşım etdi - FOTO

Yunanıstanın baş naziri Kiryakos Mitsotakis sosial media hesabında türk dilində etdiyi paylaşımı ilə Türkiyə və Yunanıstan komandalarının işini yüksək qiymətləndirib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Mitsotakis sosial media hesabında türk dilində "İçimizi ağrı ilə dolduran görüntülərin ardınca bizi ümidlə dolduran görüntülər gəlir. Biz sadəcə olaraq xilasetmə qruplarının fövqəlbəşəri səylərinə hörmət edirik. Yunanlar və türklər canlarını qurtarmaq üçün yan-yana vuruşurlar. Biz onlara etdiklərinə görə minnətdarıq” - sözlərini paylaşıb.

Digər tərəfdən, Miçotakis əvvəlki açıqlamasında Türkiyə ilə Yunanıstan arasında yaşanan gərginliyə baxmayaraq, Yunanıstanın Türkiyəyə yardım göndərdiyini ifadə edərək, “Yunanıstan və Türkiyə çətin anlarda bir-birinə kömək etməli olan qonşulardır. Bu, ölkələrimizdə baş verən ilk zəlzələ deyil. Fikir ayrılıqlarımızı müvəqqəti olaraq bir kənara qoymağın və çox, çox təcili vəziyyəti həll etməyin vaxtıdır" – demişdi.

Manşet.az

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az