Türkiyənin 10 şəhərində dağıntı və tələfatla nəticələnən zəlzələ ilə bağlı müzakirələr gedir. Belə ki, ölkədə minlərlə insanın ölümünə səbəb olan zəlzələnin 2 gün öncə Boğazda lövbər salan 155 metr uzunluğundakı ABŞ döyüş gəmisi tərəfindən yaradılması barədə iddialar ortaya atılıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Habertürk" kanalında qonaq olan tanınmış professor Celal Şengör bu iddiaların əsassız olduğunu bildirib:
"Bundan yaxşı cəfəngiyat eşitməmişəm. Zəlzələ yaratmaq üçün böyük enerji lazımdır. Həmin enerjini bir gəmi ilə necə yaratmaq olar? Özlərini güldürməsinlər. Bunun üçün yüz minlərlə atom bombası lazımdır".