Avropa İttifaqı Komissiyası, zəlzələlərə görə Aİ Mülki Müdafiə Mexanizmi çərçivəsində göndərilən qruplarla bağlı məlumatları yeniləyib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa ölkələrindən Türkiyəyə zəlzələ bölgələrinə gedən və ya gedəcək yardım işçilərinin sayı 1500-ə yaxınlaşıb.
Buna uyğun olaraq, 20 Aİ ölkəsi indiyə qədər 29 axtarış-xilasetmə qrupu və 5 tibbi qrup göndərmək üçün hərəkətə keçib. Bu qrupların ümumilikdə 1485 nəfərdən və 100 axtarış-xilasetmə itindən ibarət olduğu bildirilib.
Komandalardan bəzilərinin Türkiyəyə gələrək zəlzələ bölgəsində artıq işə başladığı bəyan edilib.
Bundan əlavə, Aİ-nin axtarış-xilasetmə və tibbi qruplardan əlavə çadır, ədyal və qızdırıcı kimi materialları da göndərəcəyi vurğulanıb. Bildirilib ki, Almaniya, Litva və Sloveniya bu materialların göndərilməsi üzərində işləyir.
Manşet.az