Avropa İttifaqı sosial media platforması Twitter-in dezinformasiyaya qarşı görülən tədbirləri izah edən hesabatını yetərli saymayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, məsələyə münasibət bildirən Aİ Komissiyasının vitse-prezidenti Vera Jourova, "Twitter-in hesabatının digərlərindən geri qaldığını görmək məni məyus etdi. Mən Twitter-in qaydalardan irəli gələn öhdəliklərinə daha ciddi sadiqlik nümayiş etdirməsini gözləyirəm" – deyib.
Platformaların dezinformasiyası ilə mübarizə qaydaları ilə bağlı ilk tətbiq hesabatlarının dərc edilməsinin vacibliyinə işarə edən Jourova, tədqiqatçıların məlumatlara çıxışının təmin edilməsi üçün daha çox iş görülməli olduğunu qeyd edib.
Manşet.az