İran vətəndaşı Biləsuvarda ÖLDÜ

20:21 - 09 Fevral 2023

İran vətəndaşı Biləsuvarda ÖLDÜ

Fevralın 9-da saat 10:30 radələrində İran İslam Respublikasının vətəndaşı Behruz Qolaminin idarə etdiyi "Renault" markalı yük avtomobilinin hərəkətdə olarkən təkərinin partlaması səbəbindən sürücü idarəetməni itirib və nəqliyyat vasitəsi Biləsuvar-Bəhrəmtəpə yolunun Səmədabad kəndi ərazisindən keçən hissəsində yolun kənarındakı su kollektoruna aşıb.

 

Bu barədə Manset.az Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az