4 nəfərlik ailə zəlzələnin 4-cü günü dağıntılar altından xilas edildi

21:27 - 09 Fevral 2023

4 nəfərlik ailə zəlzələnin 4-cü günü dağıntılar altından xilas edildi

Hatayda dağıntılar altında qalan 4 nəfərlik Hüzmeli ailəsinin bütün üzvləri fəlakətdən saatlar sonra xilas edilib.

 

Bu barədə Manset.az Türk mediasına istinadən xəbər verir.

Axtarış-xilasetmə qrupu dağıntılar altından öncə 10 yaşlı Batunu, daha sonra anası Oyanı, atası Turqayı və bacısı Səmanı sağ çıxardıblar.

Kahramanmaraşda 10 vilayətdə dağıntılara səbəb olan 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra bölgədə axtarış-xilasetmə işləri davam edir. İBB-yə bağlı axtarış-xilasetmə qrupları da Hatayda dağıntılar altından insanları xilas etmək üçün işlərini davam etdirir.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az