ABŞ-ın Arizona ştatında yük maşınının qəzaya uğraması nəticəsində təhlükəli maddə sızması baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, sözügedən qəza Tukson şəhərinin mərkəzindən cənub-şərqdə baş verib.
Arizona İctimai Təhlükəsizlik Şöbəsi yük maşınından maye azot turşusunun sızdığı müəyyən edildikdən sonra ərazinin 800 metrliyində olan sakinlərə ərazini tərk etməyi əmr edib.
Qəzada yük maşını sürücüsünün öldüyü açıqlanıb.
Azot turşusu plastik və boya istehsalı üçün gübrələr və ammonium nitrat hazırlamaq üçün istifadə olunur.
Manşet.az