Kahramanmaraşda dağıntılar altından sağ çıxarılan ana və 1,5 yaşlı körpəsi atanın özünü sipər edərək yaratdığı boşluq olan yerdə tapılıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, atanın etdiyi fədakarlığı izah edən qruplar, "Ata yataq otağındakı şkaf arvadının və uşağının üstünə düşməsin deyə arxasını şkafa söykəyib və belə saxlaya biləcəyini düşünüb. Təəssüf ki, şkafın arxasındakı divar partlayanda dünyasını dəyişib. Ancaq övladı və xanımının yaşaması üçün boşluq sahəsi yaradıb. Bunu bilərək edib” – deyiblər.
Manşet.az