Türkiyə mediasında "Sevgililər günü" münasibətilə material yayımlanıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, görüntülərdə güclü zəlzələdə dağıntılar altından tapılan sevgi məktubları nümayiş olunub.
Xəbər aparıcısı Ece Üner həmin mesajları bir-bir səsləndirərək artıq onu yazanların həyatda olmadığını və bu sevgilərin yarım qaldığını vurğulayıb.
Aparıcının bu təsirli çıxışı sosial şəbəkələrdə yayılaraq hər kəsi kədərləndirib.