Pilotu girov götürən yerli sakinlər ölkə hökumətindən qeyri-adi bir şey istədilər

13:20 - 15 Fevral 2023

Pilotu girov götürən yerli sakinlər ölkə hökumətindən qeyri-adi bir şey istədilər

İndoneziyada separatçılar bölgəyə enən pilotu girov götürüblər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İndoneziyada Qərbi Papua Milli Azadlıq Ordusu (TPNPB) adlı silahlı separatçı qrup Nduqa bölgəsinə endikdən sonra Susi hava yolu şirkətinin pilotu Filip Mehrtens-i girov götürüb. Tələbləri qəbul olunmayana qədər pilotu verməyəcəklərini deyən qrup hökumətdən yalnız bir şey istəyib.

Separatçı qrup Papuanın müstəqilliyi hökumət tərəfindən tanınmayana qədər pilotun buraxılmayacağını açıqlayıb.

Qrupun verdiyi açıqlamada pilotun istifadə etdiyi kiçik təyyarənin yandığı, girov götürülən Mehrtensin vəziyyətinin yaxşı olduğu bildirilib. İndoneziya rəsmiləri isə pilotun təhlükəsizliyini təmin etmək üçün ilk növbədə separatçıları razı salmağa yönəlmiş bir yanaşma tətbiq etdiklərini açıqlayıblar. Bildirilib ki, pilotun buraxılması üçün iş davam edir.

Hadisə ilə bağlı onlara məlumat sahibi olduqlarını bildirən Yeni Zelandiya Xarici İşlər və Ticarət Nazirliyindən hələlik ətraflı açıqlama verilməyib.

Əvvəllər Hollandiyanın nəzarətində olan Papua 1961-ci ildə müstəqilliyini elan etsə də, 1963-cü ildə İndoneziya bölgəyə nəzarəti ələ keçirib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az