Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı yeni ticarət qadağaları və texnologiya ixracı məhdudiyyətlərini ehtiva edən 11 milyard avroluq 10-cu sanksiya paketini açıqlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, aldıqları müxtəlif tədbir və sanksiyalarla Rusiyanın mübarizə qabiliyyətini zəiflətdiklərini ifadə edən von der Leyen, "Rusiya iqtisadiyyatı qüvvədə olan 9 sanksiya paketi ilə geriləyir" – deyib.
Rusiyaya təzyiqləri artırmaq üçün yeni bir sanksiya paketi hazırladıqlarına diqqət çəkən Von der Leyen, "Rusiyaya yeni ticarət qadağaları və texnologiya ixracı nəzarətlərini ehtiva edən 10-cu sanksiya paketini təklif edirik. Yeni sanksiya paketinin ümumi dəyərinin 11 milyard avrodur. Paket Rusiya silah sistemlərində pilotsuz uçuş aparatları (PUA), raketlər və helikopterlər kimi müxtəlif silah sistemlərində istifadə edilən elektron komponentlərə ixrac məhdudiyyətlərini ehtiva edir” – deyib.
Manşet.az