Avropa İttifaqı Komissiyasının genişlənməyə məsul üzvü Oliver Varhelinin Avropa Parlamentində iştirak etdiyi iclasda mikrofonunu söndürməyi unudaraq deputatları təhqir edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Avropa İttifaqı Komissiyasının genişlənmədən məsul üzvü Oliver Varhelyi dünən Avropa Parlamentinin Baş Assambleyasında “Qərbi Balkanlara qarşı genişlənmə siyasəti” mövzusunda keçirilən sessiyada iştirak edərək deputatların suallarını cavablandırıb.
Deputatlar çoxlu suallar veriblər və sessiya uzun çəkib. Bu zaman Varhelinin ana dili olan macar dilində "Daha neçə axmaq var (danışanlar siyahısında)?" – deməsi hər kəs tərəfindən eşidilib.
Bunun üzərinə Macarıstanın müxalifət partiyası Demokratik Koalisiyası Varhelinin istefasını tələb edən bəyanatla çıxış edib.
Partiya həmçinin hadisə ilə bağlı AP-yə və Avropa Komissiyasının sədrliyinə məlumat verəcəyini açıqlayıb.
Tədbir Avropa mətbuatında yer almağa başlasa da, Varhelinin açıqlaması hələ də alınmayıb.
Manşet.az