Ukrayna XİN Rusiyanı ittiham etdi

15:57 - 15 Fevral 2023

Ukrayna XİN Rusiyanı ittiham etdi

Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı taxıl dəhlizi işində süni ləngimələr yaratmaqda ittiham edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirliyin açıqlamasında Rusiyanın Qara dənizdə taxıl dəhlizi araşdırmalarında ləngiməyə səbəb olan addımlar atdığı və bundan dərin narahat olduğu bildirilib.

Rusiya müfəttişlərinin gəmilərin yoxlama müddətini qəsdən uzatdığı iddia edilən bəyanatda, “İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki yoxlama qruplarında olan Rusiya nümayəndələri Ukrayna limanlarına Bosfor boğazından daxil olan və çıxan gəmilərin yoxlanmasını sistemli şəkildə aylardır gecikdirir" - ifadələrdən istifadə edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az