ABŞ-da adam öldürməkdə təqsirli bilinərək ömürlük həbs cəzasına məhkum edilən şəxsin 28 il sonra günahsız olduğu üzə çıxıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qətlə görə ömürlük həbs cəzasına məhkum edilən şəxsin cinayəti törətmədiyinə dair etibarlı sübutların tapıldığı bildirilib. Məhkəmə hakimi onun təqsirsiz olması bilinəndən sonra haqqındakı ömürlük həbs hökmünü ləğv edib.
O, məhkəmə prosesini başa vurduqdan sonra sərbəst buraxılıb.
Manşet.az