Zəlzələdən sonra Kahramanmaraşaa yardım materialları daşıyan və geri dönərkən Uşakda yol qəzası keçirən Dilay Ceviz həyatını itirib.
Manset. az Türkiyə mediasına istinadən xəbər verir ki, Bornovada yaşayan və yemək dükanı işlədən Dilay Ceviz "Xoş Qəlblər Həmrəylik və Mədəniyyət Dərnəyi"nin üzvləri ilə birlikdə zəlzələdən zərər çəkənlər üçün yardımlar hazırlayıb.
Fevralın 11-də dostları ilə yola çıxan Ceviz hazırladığı yardımı Kahramanmaraş'a çatdırıb. Dünən günorta saatlarında Uşakda geri dönən qrupun da olduğu maşən idarəetmədən çıxaraq baryerlərə çırpılaraq sahəyə uçub.
Qəzada Dilay Ceviz həyatını itirərkən, dostları Serhat K. və Mustafa S. ağır yaralanıb.
2 dost xəstəxanaya yerləşdirilib.
Jalə
Manşet.az



