Ukrayna Baş Qərargah rəisi Valeri Zalujnı bildirib ki, Rusiya qüvvələri səhər saatlarında yenidən raket hücumlarına başlayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ordusunun havadan və dənizdən ümumilikdə 36 raket atdığını qeyd edən Zalujnı, onlardan 16-nın Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edildiyini bildirib.
Ukraynanın müxtəlif bölgələrində hava hücumu siqnalları səslənməkdə davam edir.
Manşet.az