Yapon adalarının rəqəmsal xəritəsi təxminən 7 min yeni adanın kəşfinə imkan verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, coğrafiyaçılar rəsmi statistikaya görə 6852 olan adaların sayının əslində bundan qat-qat çox olduğunu bildiriblər. Daimi vulkanik hadisələrə və ekstremal hava şəraitinə məruz qalan 370 min kvadrat kilometrdən çox ərazisi olan Yaponiyada adaları saymaq asan deyil.
Mediada yayılan xəbərlərə görə, Yaponiya Coğrafi İnformasiya Agentliyi rəqəmsal xəritələmə üsulundan istifadə edərək, siyahıyaalma nəticəsində ümumilikdə 14 min 125 ada müəyyən edib. Bu, əvvəllər məlum olan saydan 7 min 273 qədər çoxdur.
Nəticələrini yaxın bir neçə həftə ərzində açıqlayacaq hökumət qurumu bildirib ki, yeni məlumatın Yaponiya ərazisinin və ya ərazi sularının ölçüsünü dəyişməsi ehtimalı azdır.
Manşet.az