Zəlzələdən zərər çəkmiş bölgələrə etdiyi yardımlarla gündəmdə olan "Ahbab"ın qurucusu Haluk Levent dağıntılar altından çıxarılan 10 günlük körpəyə ad qoyub.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, həmin anları sosial media hesabında paylaşan Leventə zəlzələdən zərər çəkmişlərin çadırını ziyarət zamanı uşağın ailəsi adını qoymadıqlarını onun ad qoymasını istədiklərini bildirib:
Haluk Levent uşağın adını Mavi qoyub.
Qeyd edək ki, dünən axşam kanalların birgə yayımladığı "Türkiyə Bir Ürək" kampaniyasına qoşulan Haluk Levent də ianə edib. Canlı yayıma qoşula bilmədiyini deyən müğənni televiziyaya qoşulmaq istədim, olmadı. İllərlə işlədiyim, tanış olduğum AFAD işçilərini xatırladım. Köhnə yeni müdirə, hətta yanğınlarda, daşqınlarda fədakar işlərinə şahid oldum. Onlara salamlar olsun. 500 min TL ianə elan edirəm deyib.
Jalə
Manşet.az