Rusiya 4 Avstriya diplomatını persona non-qrata elan etdi

20:30 - 16 Fevral 2023

Rusiya 4 Avstriya diplomatını persona non-qrata elan etdi

Rusiya Xarici İşlər Nazirliyi Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomatı “persona non qrata” elan etmək qərarına gəlib.

 

Manset.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada Avstriyanın daha əvvəl 4 rus diplomatını “persona non qrata” elan edildiyi bildirilib.

Açıqlamada bu, qeyri-dost və əsassız addımdır və ikitərəfli münasibətlərə xələl gətirir və bu səbəbdən Avstriyanın Moskvadakı səfiri Verner Almhoferin nazirliyə çağırıldığı bildirilib:

"Avstriyanın Moskvadakı səfirliyində çalışan 4 diplomat qarşılıqlılıq əsasında persona non-qrata elan edilib. Bu diplomatlar fevralın 23-ün sonuna kimi ölkəni tərk etməlidirlər. Bu barədə səfirə nota verilib".

Rəsmi açıqlamada Rusiyanın Avstriyaya gedən rəsmi nümayəndələrinə viza verilməsinin çətinləşdirildiyi və bunun Avstriyanın beynəlxalq danışıqlardakı öhdəliklərinə zidd olduğu və bu vəziyyətin “nəticəsiz qalmayacağı” bildirilib.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az