Xorvatiyanın Baş naziri Plenkoviç ölkəsinin paytaxtı Zaqrebdə ilk xaricə səfərini Xorvatiyaya edən Bosniya və Herseqovina Nazirlər Şurasının sədri Borjana Kristo ilə görüşüb.
Manset.az xarici mətbuata istinadən xəbər verir ki, ikitərəfli görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər. Plenkoviç ölkəsi ilə Bosniya və Herseqovina arasında iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı gücləndirmək istədiyini bildirib.
Ölkəsinin Bosniya və Herseqovinanın ən əhəmiyyətli sərmayəçiləri arasında olduğunu ifadə edən Plenkoviç, "Önümüzdəki dövrdə enerji sektorundan əczaçılıq və qida sektoruna qədər bir çox fərqli sahədə əməkdaşlığı inkişaf etdirməyə çalışacağıq", deyib.
Bosniya və Herseqovinanın ərazi bütövlüyünə hörmət etdiklərini ifadə edən Plenkoviç, Rəyasət Heyətinin xorvat üzvünün Bosniya və Herseqovinadakı bosniyalılar tərəfindən seçildiyini müdafiə edərək, bunun doğru olmadığını və seçki qanunu islahatının zəruri olduğunu bildirib.
Tərəflər həmçinin qeyd ediblər ki, Bosniya, Herseqovina və Xorvatiya hökumətləri arasında iyunda Nazirlər Kabinetinin birgə iclasının keçirilməsi barədə razılıq əldə olunub.
Jalə
Manşet.az