Antalya Diplomatiya Forumu təxirə salındı

22:15 - 16 Fevral 2023

Antalya Diplomatiya Forumu təxirə salındı

Bu ilin mart ayında keçirilməsi planlaşdırılan III Antalya Diplomatiya Forumu (ADF) təxirə salınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Forumun təşkilatçıları məlumat yayıb.

Forum 10-12 mart 2023-cü il tarixində keçirilməli idi. Tədbirin zəlzələ ilə əlaqədar təxirə salındığı bildirilib.

“Biz III ADF-in bu ilin sonuncu rübünə təxirə salınmasını elan etməyə borcluyuq. Bu çətin anımızda yanımızda olan bütün dostlarımıza səmimi təşəkkürümüzü bildiririk”, - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az