Türkiyədə daha bir möcüzə: 261 saat sonra sağ çıxdılar - VİDEO

09:28 - 17 Fevral 2023

Türkiyədə daha bir möcüzə: 261 saat sonra sağ çıxdılar - VİDEO

Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıxarılıb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qurtarılan şəxslər 26 yaşlı Mehmet Ali Şakiroğlu və 34 yaşlı Mustafa Avcıdır.

Daha sonra Avcı yaxınları ilə telefonla əlaqə saxlayıb.

Hadisə ilə bağlı Türkiyənin səhiyyə naziri Fahrettin Koca tviter hesabında paylaşım edib.

"Hatayda dağıntılar altından 261-ci saatda, bu gecə xilas edilən Mustafa tibbi müdaxilədən sonra ilk olaraq telefon nömrəsini xatırladığı qohumuna zəng edib. Mustafa qardaşımızı yaxşı gördüyümüzə çox sevindik", - deyə türkiyəli nazir bildirib.

Mehmet Ali Şakiroğlu ilə atası arasında da telefon əlaqəsi yaradılıb. Hər iki şəxs sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra xəstəxanaya yerləşdirilib.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 38 044 nəfər dünyasını dəyişib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az