Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – VİDEO

09:59 - 17 Fevral 2023

Ukrayna 100 hərbçisini əsirlikdən geri qaytardı – VİDEO

Ukrayna 100 hərbçi və bir mülki vətəndaşı əsirlikdən geri qaytarıb.

 

Manset.az xəbər verir ki, Prezident Ofisinin rəhbəri Andriy Yermakın sözlərinə görə, 94 hərbçi Mariupolu müdafiə edib, onlardan 64-ü “Azovstal”da döyüşüb.

“Azad edilən döyüşçülər arasında qvardiyaçılar, sərhədçilər və Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri də var. Onların yaxınları uzun müddətdir ki, yollarını gözləyirdilər”, - Yermak “Telegram”da ​​yazıb.

Ofis rəhbəri qeyd edib ki, sərbəst buraxılan çox sayda qəhrəman müxtəlif dərəcəli xəsarətlər alıb. Yermak onu da əlavə edib ki, aidiyyəti təşkilatlar Rusiya əsirliyində qalan digər hərbi əsirlərin geri qaytarılması istiqamətində işləri davam etdirirlər.//oxu.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az