BMT Türkiyədə zəlzələdən zərər çəkənlərə 1 milyard dollarlıq humanitar yardım göstərməyə çağırıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Quterreş dünyada kömək istəyənlərlə həmrəylik nümayiş etdirən türk xalqına dəstək vermənin vaxtının gəldiyini qeyd edərək, “Bu gün BMT əsrin ən böyük zəlzələsindən zərər çəkmiş türk xalqı üçün 1 milyard dollar dəyərində humanitar yardım çağırışı edir. Mən beynəlxalq ictimaiyyəti dövrümüzün ən böyük təbii fəlakətinə qarşı bu təşəbbüsü hərtərəfli dəstəkləməyə çağırıram” – deyib.
Manşet.az