Baydenin tibbi hesabatı ictimaiyyətlə paylaşıldı

10:33 - 17 Fevral 2023

Baydenin tibbi hesabatı ictimaiyyətlə paylaşıldı

ABŞ prezidenti Co Baydenin həkimi Kevin O'Konnor, Baydenin səhhətinin "prezidentlik vəzifələrini yerinə yetirməyə uyğun olduğunu" açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Ağ Ev, Amerika ictimaiyyətində tez-tez gündəmdə olan Baydenin səhhəti ilə bağlı 80 yaşına görə prezident vəzifəsini tam yerinə yetirib-yetirə bilməyəcəyi hesabatını ictimaiyyətlə paylaşıb.

Hesabatda qeyd olunub ki, bu gün Baydenin döş qəfəsindəki lezyon üçün biopsiya aparılıb, lakin nəticələrin hələ əldə olunmadığı bildirilib. Prezidentin digər müayinələrinin də normal olduğu bildirilən hesabatda “son dərəcə ətraflı nevroloji müayinə aparılıb” və onun Parkinson kimi nevroloji xəstəliyinin olmadığı bildirilib.

Hesabatda COVID-19 xəstəliyindən sağ çıxan Baydenin "uzun Kovid" simptomlarının olmadığı bildirilib və prezidentin daim boğazını təmizləməsinin səbəbinin mədəsindəki reflüks olduğu da qeyd edilib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az