Dünya şöhrətli ABŞ aktyoru Brüs Uillisə keçən il afaziya diaqnozu qoyulduqdan sonra indi də demensiya diaqnozu qoyulub.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Uillisin ailəsi, afaziyası irəliləyən 67 yaşlı aktyorun ünsiyyət qabiliyyətinə əhəmiyyətli dərəcədə mane olan frontotemporal demans (FTD) diaqnozu qoyulduğunu açıqlayıb:
"Bu gün xəstəliyin müalicəsi yoxdur. Ümid edirik ki, bu reallıq yaxın illərdə dəyişə bilər. Brusun vəziyyəti irəlilədikcə, medianın diqqətinin daha çox məlumatlılıq və araşdırma tələb edən bu xəstəliyə işıq salmağa yönələcəyinə ümid edirik".
Amerikalı aktyorun afaziyaya görə 2022-ci ilin martında aktyorluğu tərk etdiyi açıqlanıb.
1970-ci illərin sonlarında Broadway-də aktyorluğa başlayan Uillis yarım əsrlik karyerası boyunca Moonlight, Pulp Fiction və Die Hard kimi onlarla görkəmli filmdə rol alıb.
Brüs Uillisin baş rolda oynadığı son bədii film olan "Qatil" martın 31-də kinoteatrlarda nümayiş olunacaq.
Manşet.az