Rusiya Soyuq Müharibədən sonra ilk dəfə sualtı qayıqlarını nüvə silahı ilə təchiz etdi

16:55 - 17 Fevral 2023

Rusiya Soyuq Müharibədən sonra ilk dəfə sualtı qayıqlarını nüvə silahı ilə təchiz etdi

Norveç Müdafiə Nazirliyi Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasındakı döyüş gəmilərinin 30 ildə ilk dəfə taktiki nüvə silahı ilə təchiz edildiyini iddia edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, nazirlik tərəfindən Norveç hərbi kəşfiyyatının topladığı məlumatlarla hazırlanan Fokus 2023 adlı illik hesabatda Rusiyanın taktiki nüvə silah tutumunun əhəmiyyətli bir hissəsinin Şimal Donanmasındakı döyüş gəmilərində istifadə edildiyi iddia edilib.

“Adi döyüş qabiliyyəti zəifləyən Rusiya üçün nüvə silahının əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artıb” ifadəsi verilən hesabatda bu vəziyyətin NATO ölkələri üçün danılmaz təhlükə yaratdığı irəli sürülüb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az