İndoneziyanın Key adalarında yerləşən Tual şəhərində 6,1 bal gücündə zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Zəlzələnin episentrinin Tual şəhərindən 130 kilometr cənub-qərbdə olduğu bildirilib.
Yeraltı təkanlar nəticəsində dağıntıların olub-olmaması barədə məlumat verilməyib.