Çin Rusiyaya ölümcül dəstək verməyi düşünür

13:25 - 20 Fevral 2023

Çin Rusiyaya ölümcül dəstək verməyi düşünür

ABŞ dövlət katibi Entoni Blinken Ukrayna müharibəsi və Rusiyanın vəziyyəti ilə bağlı açıqlamalar verib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Blinken, Pekinin Rusiya ordusuna silah tədarük etməyə hazırlaşdığını iddia edib:

“Bu günə qədər Çin şirkətlərinin Ukraynada istifadə üçün Rusiyaya qeyri-öldürücü dəstək verdiyini görmüşük. Hazırkı narahatlığımız onların ölümcül dəstək verməyi düşündükləri barədə əldə etdiyimiz məlumata əsaslanır”.

Pekinə xəbərdarlıq edən Blinken gərginliyin artmasının Çin üçün "ciddi nəticələr" demək olduğunu vurğulayıb. Çin isə Moskvanın onlardan hərbi texnika istəməsi ilə bağlı xəbərləri təkzib edib.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az