Kremlin sözçüsü Dmitri Peskov açıqlamasında Moldova baş naziri Dorin Reçenin Moldova sərhədləri daxilində yerləşən və birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgənin silahsızlaşdırılması zərurəti ilə bağlı açıqlamalarını dəyərləndirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya ilə Moldova arasında münasibətlərin onsuz da gərgin olduğuna diqqət çəkən Peskov, “Moldova ilə münasibətlərimiz onsuz da son dərəcə gərgindir. Moldova administrasiyası Rusiya əleyhinə olan hər şeyi vurğulayır. Onlar anti-Rusiya isteriyasına girirlər”, - deyə o bildirib.
Peskov sözügedən yanaşmanın Rusiya-Moldova münasibətlərinə mənfi təsir etdiyini vurğulayıb:
“Bu konstruktiv rəftarın olmaması Moldovaya kömək etmir və təbii ki, ikitərəfli münasibətlərimizə zərər verir. Moldovalı həmsöhbətlərimizə açıqlamalarında çox diqqətli olmağı tövsiyə edirik”.
Manşet.az