Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təbii fəlakət bölgələrindən biri Hataya səfər edib.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı ilə birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də Hatay bölgəsinə gedib.
Rəcəb Tayyib Ərdoğan Hataydan sonra Kahramanmaraşa gedərək oradakı vəziyyətlə tanış olacaq.