İran Atom Enerjisi Agentliyinin sözçüsü Bəhruz Kəmalvəndi beynəlxalq mediada ölkəsinin 84 faiz saf uranı zənginləşdirməsi ilə bağlı iddialara cavab verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Kəmalvəndi, uranı 84 faiz saflığa qədər zənginləşdirdiyinə dair xəbərlərin doğru olmadığını bildirib.
İddiaları "faktların saxtalaşdırılması" olaraq xarakterizə edən Kəmalvəndi, "Zənginləşdirmə prosesində 60 faizdən çox uran hissəciyinin və ya hissəciklərinin olması uranın yüzdə 60-dan çox zənginləşdiyi anlamına gəlmir. Biz bu günə qədər yüzdə 60-dan yuxarı zənginləşdirməmişik" – deyib.
Bəhruz Kəmalvəndi Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) "siyasi təzyiq vasitəsinə" çevrildiyini vurğulayıb:
"Bu vəziyyət bu qurumun etibarlılığına və nüfuzuna mənfi təsir göstərir".
Manşet.az