Əgər Çin Rusiya ilə müttəfiq olsa… - Zelenski

19:54 - 20 Fevral 2023

Əgər Çin Rusiya ilə müttəfiq olsa… - Zelenski

“Çin Rusiya ilə müttəfiqlik etsə, dünya müharibəsi olacaq və məncə, Çin bundan xəbərdardır”

 

Manset.az İtaliyanın “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, bunu Ukraynanın prezidenti Vlodimir Zelenski deyib.
Çin məsələsinin son dərəcə mürəkkəb olduğunu vurğulayan Zelenski, “Çinin bu müharibədə Rusiya Federasiyasına dəstək verməməsi bizim üçün vacibdir. Əslində, onun bizim tərəfimizdə olmasını istərdim. Ancaq bunun bir problem olduğunu düşünmürəm. Hazırda mümkündür.Mən bunu bir fürsət kimi görürəm”, deyib.

Ukrayna kəşfiyyat xidmətinin Rusiyanın Moldova administrasiyasını dəyişmək istədiyi barədə məlumat aldığını bildirən Zelenski bunu prezident Maia Sanduya çatdırdıqlarını və bu məlumatın qısa müddət sonra Avropa ölkələri tərəfindən də təsdiqləndiyini qeyd edib.

 

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az