Türkiyədə 2 GÜCLÜ ZƏLZƏLƏ: "Dağıntılar altında qalan var" - YENİLƏNİB

22:44 - 20 Fevral 2023

Türkiyədə 2 GÜCLÜ ZƏLZƏLƏ: \"Dağıntılar altında qalan var\" - YENİLƏNİB

Türkiyənin Hatay vilayətində baş verən zəlzələlərdən sonra yaşayış binaları dağılıb, dağıntılar altında qalanlar var.

 

Manset.az xəbər verir ki, bu barədə Hatay bələdiyyə başçısı Lütfü Savaş NTV telekanalının efirində deyib.

"Deyəsən, Defnedəki binalara ciddi ziyan dəyib. İnşallah, bu sonuncu olacaq. Dağıntılar altında qalanlar da var. Ümid edirəm ki, daha az itki ilə sovuşacağıq", - bələdiyyə rəhbəri qeyd edib.

***21:15

Türkiyənin Hatay vilayətində 6,4 bal gücündə zəlzələdən sonra yenidən yeraltı təkanlar olub.

 

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Qeyd olunub ki. vilayətin Samandağ rayonunda baş verən zəlzələ 5,8 bal gücündə olub. 

***21:30

Türkiyənin Hatay şəhərində güclü zəlzələ baş verib.

 

Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla saat 20:04 radələrində 6,4 bal gücündə təkan qeydə alınıb.

Zəlzələnin episentri 7,7 km yerin dərinliyində, Defne rayonunda yerləşib.

Bunun ardınca 5,8 maqnitudada daha bir zəlzələ baş verib.

Türkiyənin bəzi KİV-lərində zəlzələ nəticəsində dağıntıların olduğu deyilir.

Zəlzələnin Adanada da hiss olunduğu deyilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az