Bu gün axşam saatlarında Türkiyənin Hatay şəhərində daha bir zəlzələ olub.
Manset.az xəbər verir ki, bu barədə Kandilli rəsədxanası məlumat yayıb.
4,3 bal gücündə olan zəlzələ Hatayın Mızraklı-Samandağ bölgəsində yerli saatla 22:00-da qeydə alınıb.
Xatırladaq ki, Türkiyənin Hatay əyalətində 6,4 və 5,8 bal gücündə zəlzələlər baş verib. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələlərdən sonra sunami təhlükəsi barədə xəbərdarlıq edib. Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) vətəndaşları sahilə yaxın ərazilərdən uzaq durmağa çağırıb.