Pakistan və Əfqanıstan sərhəd qoşunları iki ölkə arasındakı Torxam sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə “Taliban”ın sərhəd keçidini birtərəfli qaydada bağlamasından sonra baş verib. Torxam Sərhəd Qapısında Taliban müvəqqəti hökumətinin rəsmisi Molla Məhəmməd Siddiq Pakistanın öhdəliklərinə əməl etmədiyi səbəbiylə sərhəd keçidini bağladıqlarını açıqlayıb.
Torxam sərhəd-keçid məntəqəsində Pakistan və Əfqanıstanın sərhəd qoşunları naməlum səbəbdən bir-birinə atəş açıb. Hadisə nəticəsində ölənlərin və ya yaralananların olub-olmadığı hələlik məlum deyil.
Manşet.az