Parkda dəhşət: 4 nəfər yaralandı

10:51 - 21 Fevral 2023

Parkda dəhşət: 4 nəfər yaralandı

İstanbulda bir nəfər parkda oturanlara atəş açıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, hadisə zamanı 1-i uşaq olmaqla 4 nəfər yaralanıb. Daha sonra yolda gözləyən dostunun motosikletinə minən şübhəli sürətlə hadisə yerindən qaçıb. Xəbər verildikdən sonra hadisə yerinə polis və tibb işçiləri göndərilib.

İlkin tibbi yardım göstərildikdən sonra yaralılar təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Polis qrupları, hadisə yerində araşdırma apardıqdan sonra şübhəlilərin tutulması üçün iş başladıb.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az