Böyük Britaniya kralı III Çarlz dünən İngiltərədə hərbi təlim keçən ukraynalı əsgərləri ziyarət edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Rusiya-Ukrayna müharibəsi çərçivəsində Qərb ölkələri tərəfindən Ukrayna əsgərlərinin təlimi davam edir. İngiltərə kralı III Çarlz dünən "İnterfleks" əməliyyatı çərçivəsində İngiltərənin “Wiltshire” hərbi bazasında təlim keçən ukraynalı əsgərlərə baş çəkib.
Britaniya ordusu və onun beynəlxalq tərəfdaşları tərəfindən həyata keçirilən təlim proqramının 35 gün olduğu vurğulanıb və təlimin ümumilikdə “əsas döyüş” kurslarından ibarət olduğu bildirilib.
Ukrayna əsgərlərinin təlimində sağ qalma, müdafiə, silahdan istifadə, atıcılıq, sahədən istifadə, ilk tibbi yardım və münaqişə barədə məlumatlılıq qanunu daxildir.
Manşet.az