Bu ölkədə 70 min insan təhlükə altındadır

17:40 - 21 Fevral 2023

Bu ölkədə 70 min insan təhlükə altındadır

Mozambikin Fəlakət Risklərinin İdarə Edilməsi və Azaldılması üzrə Milli İnstitutu (INGD) xəbərdarlıq edib ki, Freddi qasırğası ölkədə 70 min insana təsir göstərə bilər.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, INGD prezidenti Luisa Meque mətbuata verdiyi açıqlamada qasırğanın xüsusilə Sofala, Zambezia və Inhambane bölgələrini təsir edə biləcəyi məlumatını paylaşıb. Qasırğanın Mozambikdə 70 min insanı təsir edə biləcəyini qeyd edən Meque, qasırğadan zərər çəkənlər üçün 15 sığınacaq hazırladıqlarını bildirib:

"Risk altında olduğunu düşündüyümüz insanları ən qısa zamanda ərazidən təxliyə edəcəyik".

Hind okeanında yerləşən Şərqi Afrika ölkəsi Mavrikiydə qasırğa səbəbindən hava yollarının reysləri ləğv edilib. “Freddi” qasırğasının bu gün Madaqaskara çatacağı gözlənilir.

Rəsmilərin fikrincə, qasırğa bölgəyə böyük mənfi təsir göstərəcək.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az