Yapon həkimlərdən zəlzələdən sağ çıxanlara mənəvi dəstək

22:30 - 21 Fevral 2023

Yapon həkimlərdən zəlzələdən sağ çıxanlara mənəvi dəstək

Yaponiyadan Türkiyəyə zəlzələ bölgəsinə köməyə gələn həkim qrupu zəlzələdən zərərçəkənləri səhra xəstəxanasında müalicə edərkən, sağ qalanlara da mənəvi dəstək olur.
 

 

Manset.az xəbər verir ki, onlar mənəvi dəstək olmaq üçün Yaponiyanın kağız qatlama sənəti olan origami də öyrədirlər.
 
Yaponiya mədəniyyətini əks etdirən kağız bükmə sənəti olan origamini öyrənən uşaqlar rəngli kağızdan müxtəlif  fiqurlar düzəldərək bir müddət zəlzələ həqiqətlərindən uzaqlaşırlar. 
 
Yapon həkim qrupu qeyd edib ki, yerli əhali vaxtaşırı onların yanına gələrək evdə hazırlanmış yeməklər təklif edirlər.

Jalə

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az