Ukrayna prezidenti Volodimir Zelenski Xersonda hücumların davam etdiyi üçün Rusiya prezidenti Vladimir Putinin çıxışına qulaq asmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Putinin xalqa müraciətini dəyərləndirən Zelenski, “Mən nə deyə bilərəm? Mən onun çıxışına qulaq asmadım, çünki həmin an Xersonda hücumlar gedirdi. 21 nəfər yaralanıb, 6 nəfər həyatını itirib” - deyib.
Zelenski, Putinin "ABŞ sınaqdan keçirsə, Rusiya da nüvə silahını sınayacaq" ifadəsini də şərh edib:
"Biz yetkin insanlarıq. Bu şəxs (Putin) əvvəlcə bir növ hədə-qorxu qərarını verdi, sonra bunu ABŞ-dan gələn bəzi mesajlarla əlaqələndirdi və s. Bu hər zaman olur. Ciddən heç kimin vecinə deyil”.
Manşet.az