Baydenin Kiyev səfəri zamanı Rusiya görün nə etdi

10:44 - 22 Fevral 2023

Baydenin Kiyev səfəri zamanı Rusiya görün nə etdi

Bazar ertəsi ABŞ Prezidenti Co Baydenin Kiyevə səfəri zamanı Rusiya “Sarmat” qitələrarası ballistik raketinin sınaq buraxılışını həyata keçirib. Ancaq buraxılış uğursuz olub.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN öz mənbələrinə istinadla xəbər yayıb.

Bildirilir ki, Rusiya sınaqla bağlı ABŞ-ni əvvəlcədən xəbərdar edib və Vaşinqton bunu gərginliyin artmasına yönəlmiş addım kimi görmür.

Ekspertlər hesab edirlər ki, “Sarmat”ın sınağı uğursuz alınıb.

“Rusiya artıq bu raketin uğurlu sınaqlarını keçirib və əgər bu sınaq da uğurlu olsaydı, Rusiya Prezidenti Vladimir Putin çərşənbə axşamı Federal Məclisdəki çıxışında bunu vurğulayardı”, - deyə mənbədən vurğulanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az