“Sıfır yoluxma” strategiyası xalqın təzyiqi ilə buraxıldıqdan sonra pandemiyada böyük zirvəni yaşayan Çin Kommunist Partiyası koronovirusa qarşı “qəti qələbə” elan edib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərara görə, açıqlamada tədbirlərin yumşaldılmasından sonra 200 milyon insanın virusa yoluxduğu, 800 minə yaxın ağır xəstənin uğurla müalicə olunduğu, Çində ölüm nisbətinin dünyada ən aşağı səviyyədə olduğu vurğulanıb:
“Biz pandemiyanın qarşısının alınması və onunla mübarizədə böyük və qəti qələbə qazandıq. Biz insanların belə sıx məskunlaşdığı bir ölkədə sürətlə yayılan pandemiyadan uğurla çıxmaqla bəşəriyyət tarixində möcüzə yaratdıq”.
Manşet.az