Fransanın Saint-Jean-de-Luz şəhərində orta məktəb şagirdi məktəbdə ispan dili müəllimini bıçaqlayaraq öldürüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Polis qrupları və prokurorun hadisə yerində araşdırma apardığı bildirilib. Çantasından çıxardığı bıçaqla müəlliminə hücum edən 16 yaşlı şagird həbs edilib.
Ürəyindən bıçaqlanan müəllim 50 yaşlarında olub. Hücum edən şəxsin "psixi pozğunluqlardan" əziyyət çəkdiyi bildirilir.
Manşet.az