Fransanın enerji nəhəngi "Qazprom"u məhkəməyə verdi

22:34 - 22 Fevral 2023

Fransanın enerji nəhəngi \"Qazprom\"u məhkəməyə verdi

Fransanın “Engie” kommunal şirkəti Rusiyanın “Qazprom” şirkətinə qaz tədarükü ilə bağlı öhdəliklərini yerinə yetirmədiyinə görə arbitraj proseduruna başladığını açıqlayıb.

 

Manset.az Trt Haber-ə istinadən xəbər verir ki, Qazprom-dan bildirilib ki, Fransa tərəfi iyul ayı tədarüklərinin hamısını ödəyə bilmədiyi üçün avqust ayında təbii qaz tədarükünü dayandırıb.

Parisdə yerləşən firma, tədarükün kəsilməsi nəticəsində dəymiş ziyana görə kompensasiya, eləcə də müqavilə cəzalarının ödənilməsini istədiyini açıqlayıb.

Şirkətdən verilən məlumatda qeyd olunub ki, bu arbitraj proseduru 2022-ci il iyunun ortalarına kimi “Qazprom Export” MMC tərəfindən Engie-yə əhəmiyyətli çatdırılma çatışmazlıqlarına və sonradan “Qazprom Export” MMC-nin 2022-ci ilin yayının sonunda Engie-yə tədarükləri birtərəfli qaydada azaltmaq qərarına əsaslanır. 

Qeyd edək ki, ötən ilin avqust ayında “Qazprom” iyul ayında tədarük etdiyi qazın pulunu tam ödəməmiş fransız firmasına qaz tədarükünü kəsdiyini açıqlamışdı.

Rusiya qanunvericiliyinə görə, əvvəlki tədarük üçün tam ödəniş edilmədən qazın növbəti tədarükünü həyata keçirmək mümkün deyil.

Jalə

Maanşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az