Çin-Tacikistan sərhədində 7,2 bal gücündə zəlzələ baş verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Amerika Geoloji Tədqiqatları Mərkəzi Tacikistanın şərqində saat 06.37-də 20 kilometr dərinlikdə meydana gələn zəlzələnin mərkəzi bazasının Murghob şəhərindən 67 kilometr qərbdə olduğunu bildirib.
Zəlzələdən təxminən 20 dəqiqə sonra, 5 afterşok daha yaşanıb.
Can itkisi və ya yaralılar barədə məlumat yoxdur.
Manşet.az