Türkiyədə silahlı insident: Ölən və yaralananlar var

11:55 - 23 Fevral 2023

Türkiyədə silahlı insident: Ölən və yaralananlar var

Türkiyənin Edirne şəhərinin İpsala rayonunda silahlı hücum nəticəsində 2 nəfər ölüb.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, R.T adlı şəxs çayxanaya daxil olaraq ov tüfəngindən atəş açıb.

Hadisədə Kumdere kənd muxtarı Hüseyn Karataban, obyekt müdiri Hidayət Karataban və daha 2 şəxs yaralanıb.

Yaralılar təcili yardımla İpsala Dövlət Xəstəxanasına çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq, Hidayət Karataban və muxtar Hüseyn Karataban həyatını itirib. Digər iki yaralının müalicəsi davam edir.

Hadisədən sonra qaçan R.T-nin axtarışları davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az