Avropanın zəngin ölkəsi ərzaq qıtlığından əziyyət çəkir - Supermarketlər rasion kartı ilə satışa keçdi

12:43 - 23 Fevral 2023

Avropanın zəngin ölkəsi ərzaq qıtlığından əziyyət çəkir - Supermarketlər rasion kartı ilə satışa keçdi

Böyük Britaniyada supermarketlərdə ərzaq qıtlığı narahatlıq yaradıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İngiltərənin üçüncü ən böyük supermarket şəbəkəsi pomidor, bibər, xiyar, kahı, salat qabları, brokoli, gül kələm və moruq kimi məhsullardan eyni anda sadəcə 3 ədəd satmağa qərar verib.

Qida qıtlığının Şimali Afrika və İspaniyanın cənubundakı bəzi bölgələrindəki məhsullarda pis hava şəraitinin səbəb olduğu bildirilib.

Bildirilib ki, havaların normadan soyuq keçməsi məhsulların daha ləng böyüməsinə səbəb olur və onların yetişməsinə mane olur. Həmçinin, Böyük Britaniyada kənd təsərrüfatı istehsalı və ehtiyatları işçi qüvvəsi çatışmazlığı və Rusiya-Ukrayna müharibəsi səbəbindən artan enerji və gübrə qiymətlərindən zərər çəkib.

Problemin bir neçə həftə davam edəcəyi gözlənilir.

Manşet.az


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az